ABŞ-da tibbi maska üstündə atışma olub, ölən və yaralananlar var

15 İyun 2021 08:43

ABŞ-da atışma olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Corciya ştatında, marketdə baş verib.

Belə ki, naməlum şəxslə kassir arasında tibbi maska üstündə mübahisə yaranıb. Naməlum şəxs silaha əl ataraq, kassirə atəş açıb, nəticədə mağazanın işçisi ölüb.

Bundan sonra mağazanın mühafizəçisi - keçmiş polis əməkdaşı ilə naməlum şəxs arasında atışma olub. Atışma zamanı onların hər ikisi xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Milli.Az