“Mediada islahatlara doğru” silsilə seminarların ilk günü kifayət qədər faydalı oldu - Elçin Mirzəbəyli

14 İyun 2021 21:00

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən "Mediada islahatlara doğru" silsilə seminarların ilk günü kifayət qədər maraqlı keçdi və faydalı oldu.

Milli.Az bildirir ki, bunu Trend-ə əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, media adamları inkişafın sürət barometrləridir və hər gün yenilənməli və ətraflarını yeniləməlidirlər: "Bu baxımdan, media mənsubları keçdikləri yoldan, qazandıqları təcrübədən asılı olmayaraq, bilik və bacarıqlarını dövrün tələblərinə, informasiya və kommunikasiya texnologiyalarının inkişaf dinamikasına uyğun olaraq, daim artırmalı, təmsil etdikləri resursları və bütövlükdə isə Azərbaycan mediasını rəqabətədavamlı bir hala gətirməlidirlər.

Azərbaycan mediasında həyata keçirilən islahatlar bu sahədəki "bütün daşların yerinə otuzdurulmasına", medianın möhkəm təməllər üzərindən inkişafına xidmət edir. Bu, solğun rənglərin bərpası deyil, rənglərə baxış bucağının dəyişməsi, modernləşməsidir".

Milli.Az