Bu ərazilərdə su olmayacaq

14 İyun 2021 17:49

Nəsimi rayonu 1-5-ci mikrorayonlara içməli su verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə "Azərsu" ASC-dən Milli.Az-a məlumat verilib. Bildirilir ki, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Milli.Az