Azərbaycanda idmançı faciəvi şəkildə öldü - FOTO

14 İyun 2021 17:18

Ötən gün Yasamal rayonu ərazisində yerləşən süni göldə batan Elşən Novruzovun yeniyetmə badmintonçu olduğu məlum olub.

Milli.Az report-a istinadla bildirir ki, E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az