Brüsseldə NATO sammiti başlayıb - FOTO

14 İyun 2021 17:22

Belçikanın paytaxtı Brüsseldə NATO üzv ölkələri liderlərinin sammiti başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sammitin gündəliyində terrorçuluqla mübarizə, kiberhücumlar və kibertəhlükəsizlik, iqlim dəyişikliyi, Çin və Rusiya müzakirə olunacaq.

Axşam saatlarında isə sammit çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Baydenin görüşü nəzərdə tutulub.

2022-ci ilin NATO sammitinin İspaniyada keçirilməsi qərara alınıb.

Milli.Az