Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirin qalibi oldu

14 İyun 2021 17:30

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic " turnirinin qalibi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib və xallarını 6-ya yüksəldərək rəqibləri üçün əlçatmaz olub. 

Milli.Az