Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayını AÇIQLADI

14 İyun 2021 20:24

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) iyunun 7-dən bu günə qədər işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

ANAMA-dan Milli.Az-a verilən xəbərə görə, mayın 31-dən iyunun 5-dək işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 596, tank əleyhinə 54 mina, 144 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Milli.Az