Bakıda bəzən ağacların dibi betonlanır - İdarə rəisi

14 İyun 2021 20:30

Bəzi hallarda ölkədə ağacların yaşıl örtüklə örtülməsi, üzərinin dekor tipli işıqlandırılması və diblərinin betonlanması halları müşahidə edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional idarəsinin rəisi Vaqif Cavadov "Ekspert saatı"nda deyib.

O qeyd edib ki, yaşıllıqların normal bioloji inkişafına mənfi təsir göstərən kənar müdaxilələrin olması yolverilməzdir: "Əgər ağac bioloji inkişafdan qalmayıbsa və heç bir zərər olmayıbsa, bu halda, hər hansı inzibati tədbirin görülməsi mümkünsüzdür. Biz sadəcə ağacların üzərinin yaşıl örtükdən azad olunması tələbi irəli sürə bilirik. İnzibati Xətalar Məcəlləsində inzibati tədbir görülməsi yalnız ağacın zədələnməsinə görə edilir. İstənilən halda ağacların inkişafı üçün kənar müdaxilə etmək olmaz".

Milli.Az