Dalaşan itləri ayırmaq istəyən aktrisanın başına iş gəldi - FOTO

14 İyun 2021 23:30

Dalaşan itləri ayırmağa çalışan aktrisa Farah Zeynep Abdullah xəstəxanalıq olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçinin sağ əlində barmağı qırılıb və başbarmağında dırnağı çıxıb.

Son olaraq "Masumlar apartmanı"nda İnci obrazını canlandıran Farah xəstəxanaya aparılıb. "Eylüllə Boldi dava edəndə aralarına girdim. Dırnağım çıxdı, yerinə tikdilər" deyə, aktrisa bildirib.

Milli.Az