Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan ordusuna qarşı parlaq əməliyyat keçirdi - Ukraynalı deputat

14 İyun 2021 16:36

Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan ordusuna qarşı parlaq əməliyyat keçirdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ukraynanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Yeqor Çernyov deyib.

O bildirib ki, Azərbaycan bu müharibədə zərbə PUA-ları kimi öncül silah və texnikalardan istifadə edib: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanıyır və ölkələr arasında daha sıx əməkdaşlığın tərəfdarıdır. Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və bu barədə milli təhlükəsizilik strategiyasında deyilir".

Milli.Az