Azərbaycanlı xanım yüksək vəzifəyə seçildi - Finlandiyada - FOTO

14 İyun 2021 19:18

Finlandiyada yaşayan azərbaycanlı Ülviyyə Cabbarova vəzifəyə seçilib.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat paylaşıb:

"Mənə səs verən hərkəsə dərin təşəkkürümü bildirirəm! Bələdiyyə seçkilərində Finlandiyanın Kirkkonummi şəhərinin bələdiyyə sədrinin müavini seçildim",- o qeyd edib.

Milli.Az