Bərdə və Tərtərdə də 7 tondan artıq çətənə kolu məhv edilib - FOTO

14 İyun 2021 16:02

Bərdə və Tərtərdə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlər zamanı Bərdə rayonun Lənbəran kəndi ərazisində çəkisi 5 ton 150 kiloqram olan 25000 ədəd, Tərtər rayonunun Xoruzlu kəndində isə çəkisi 2 ton 100 kiloqram olan 4230 ədəd yabanı halda bitmiş çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Milli.Az