"Sevdadan 1500, Nazpəridən 4 min istəyib"

14 İyun 2021 17:42

Müğənni Rəhim Rəhimli telefonun oğurlanmasından bəhs edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişin "33 Sual" rubrikasında deyib. O bildirib ki, həmkarlarından birinin köməkçisi onun avtomobilini soyub:

"Avtomobilimin yanından keçib və telefonumu götürüb. Səhər Sevda Yahyayeva zəng edir. Deyir, hara göndərim pulu? Deyirəm nə pul? Qayıtdı ki, yazmısan 1500 pul lazımdır. Nazpəri Dostəliyevadan 4 min istəyib. Sevda zəng edib ki, gəl filan yerə pulu verim. Adam gəldi, tuta bilmədik, qaçdı. Amma gördük kimdir. Evindən tutub apardılar".

Milli.Az