Film kimi olay! - Balina balıqçını uddu, sonra...

14 İyun 2021 14:39

Amerikalı balıqçı Mikael Pakard balinanın onu udduğunu, lakin daha sonra qaytardığını iddia edir.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, balıqçı balinanın ağzında təxminən 30-40 saniyə qaldığını söyləyib.

"Su altında olarkən böyük bir zərbə hiss etdim və birdən hər şey qaraldı. Bölgədə üzən ağ köpək balığının hücumuna məruz qaldığımı düşünürdüm. Ancaq ətrafında diş yox idi.

O anda balinanın ağzında olduğumu anladım. Məni udmağa çalışdığınızı fərz edərək elə bilirdim ki, öləcəyəm. Partlayışa bənzəyirdi, əvvəl havaya atıldım, sonra suya düşdüm".

Pakardın 2001-ci ildə Kosta Rikada 3 nəfərin öldüyü təyyarə qəzasında ölüm astanasından döndüyü də ortaya çıxıb.

Milli.Az