Boğaz, udlaq, sinədə sıxılma, ağrı... - Kişilərdə ZOBUN əlamətləri

28 İyul 2021 23:45

Qalxanvari vəzi orqanizmdə 80% hormonların hasil olunduğu kiçik orqandır.

Daha çox qadınlarda xəstəliklər rast gəlinsə də. kişilər də bu orqandan məhrum deyil. Təbii ki, onlarda da bu orqan pozulur, lakin qadınlardan bir qədər fərlqi və çətindir. Çünki kişilərdə qadınlarda olduğu qədər çox hormon yoxdur və onlarda hormonal disbalans elə də əlamətlər vermir. Ona görə kişilərdə qalxanvari vəzidə artıq şiş olduqda xəstə xəbər tutur.

Milli.Az kişilərdə zob xəstəliklərinin əsas əlamətlərini və özəl xüsusiyyətlərini araşdırıb.

-Qalxanvari vəzi hiperaktiv və ya zəif fəaliyyət göstərdikdə, qadınlardakı kimi boğaz, boyun, vəzi nahiyəsində iltihab və şişkinlik qabardığı halda, kişilərdə boğazın quruluşu və hulqum nahiyə bu əlamətləri qabarmağa qoymur. Çünki kişilərdə boyun nahiyəsində az piy toxuması var.

-Normalda endokrin orqan kişilərdə qadınlardan daha iridir. 25 ml kişilərdə, qadınlarda isə 18 ml.

Bu əlamətləri hiss etdikdə kişilər endokirinoloqa müraciət etməlidir:

-Boğaz, udlaq, sinədə diskomfort hissi - səsin dəyişməsi, batıqlığı, udmada ağrı, boğazın özünün əzələ kimi şişməsi

-Bağırsaqlarda pozğunluq - həzmin pisləşməsi, qəbizlik və ya diareya. Çünki tireod hormonlar sekresiyaya və mədə-bağırsaq şirəsinə təsir edir.

-Çəkinin artması və ya kəskin azalması

-Depressiya, təşviş pozuntusu,yersiz əsəbilik, hətta paranoidal psixoz

-Gücün azalması - gün ərzində iş görməyə taqətsizlik, tez yorulma, istirahət edib yatsa da dincələ bilməmək

-Saçların tökülməsi, dazlaşma - hormonların azlığı saç uzanmasını pozur

-Dadbilmənin azalması, iştahın artması

-Cinsi aktivliyin azalması, libidin düşməsi

-Ürək döyüntülərinin artması - kürəyə və sinəyə ağrı, gözlərin önündə sayrışma

-Burundan nəfəsalmanın çətinləşməsi, təngməfəslik

-Temperamentin dəyişməsi - ailəyə, doğmalara biganəlik və ya əksinə tələbkarlıq, tez-tez ağlamaq istəyi

-Bədənə hərarətinin dəyişməsi - ya kəskin istilik, ya soyuq hiss etmə.

Endemik zob

Yod çatışmazlğından yaranır. Bu zaman qalxanvari vəzin ölçüsü böyüyür, sərhədlərini aşır, deformasiya olunur. Baş ağrısı, əzələ ağrısı, sinədə, bogazda basqı, öskürək, səsin xırıltılı olması və s. başlayır.

Bədxassəli şiş

Kişilərdə çox rast gəlinir. Bu onlarda erkən diaqnostikanın aparılmamasındadır. Çünki kişilər zobu yoxlatmağı düşünmür.Törəmələr xoş və bəd ola bilər. Əgər şiş aşkarlanıbsa, biopsiyadan sonra əməliyyat olunmalıdır.

Kişilərdə zob xəstəliyi gizli gedib, qəfil ağırlaşmalara keçdiyindən kişilər də ildə 1 dəfə qalxanvari vəzi USM etdirib, endokrinoloqda müayinə olunmalıdır. Hər hansı pozulma varsa, analizlər təyin edilib, müvafiq dozada sintetik hormonlar və hormon azaldıcı dərmanlar, iltihab əleyhinə dərmanlar və qidalanma tərzi seçiləcək. /medicina.az

Milli.Az