
Dünən Novxanı-Sumqayıt yolunda "Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin düşdüyü və dörd nəfərin vəfat etdiyi qəza ilə bağlı rəsmi açıqlama verilib.
Azərbaycanda tikinti baronunun kürəkəni 4 nəfərin ölümünə səbəb oldu - HƏBS EDİLDİ
"Range Rover" markalı avtomobilin sahibi və sərnişini Elşad Kəlbəliyev, sükan arxasında olan Ələsgər Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır".
Qeyd edək ki, ilkin yayılan məlumata görə, "Range Rover" markalı avtomobili Elşad Kəlbəliyev sərxoş vəziyyətdə idarə edərkən piyadanı vurub, daha sonra hadisə yerindən qaçarkən "Damas"la toqquşub. Lakin rəsmi məlumatlarda avtomobili Ələsgər Əliyevin idarə etdiyi və vəfat edən 4 nəfərin "Damas"da olduğu qeyd edilib.
Milli.Az