Erməni keşişlər Qarabağı minalayır - Türkiyə mediası

14 İyun 2021 11:31

"Noyabrın 10-da imzalanan üçtərəfli sülh razılaşmasını erməni keşişlər fərqli şəkildə qəbul edir".

Bu iddia ilə Türkiyənin "Türkiyə" qəzeti çıxış edib.

Milli.Az nəşrə istinadən məqalədən bəzi məqamları təqdim edir:

Ekspertlərə istinadən qeyd edilir ki, qoyulan minalar indiyə qədər 20 mülki və 7 əsgərin ölümünə səbəb olub. "Azərbaycan ordusunun 30 illik işğala son qoyduğu bölgələr erməni keşişlər tərəfindən minalanır. Erməni keşişlər Rusiya sülhməramlılarının himayəsi altında olmaqdan sui-istifadə edərək bəzi kritik nöqtələrin minalar basdırırlar. "Erməni tərəfində mina xəritəsi yoxdur, çünki minaların əksəriyyəti təzədir və din xadimlərinin basdırdıqları minalar haqqında onların da məlumatları yoxdur", - deyə məqalədə yerli ekspertlərə istinadən bildirilir.

Kamran Seyidov
Milli.Az