Cəlilabadda 30 yaşlı kişi intihar etdi

14 İyun 2021 11:27

Cəlilabadda 30 yaşlı gənc intihar edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Göytəpə şəhər sakini, 1991-ci il təvəllüdlü Cavid Cahangir oğlu Əkbərov yaşadığı evin həyətində yerləşən tikilidə özünü asıb.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hazırda intiharın səbəbləri araşdırılır.

Milli.Az