Bu qadağanı pozanları cərimə gözləyir

14 İyun 2021 12:04

Cenevrə hakimiyyət orqanları hava məkanını dronlar üçün qapadıb.

Milli.Az xəbər verir ki, bu addım Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin sabaha nəzərdə tutulan görüşü ilə bağlıdır. Məhdudiyyətlər Cenevrə kantonunu tam əhatə edir. Bu qadağanı pozanları isə ciddi məbləğdə cərimə gözləyir. Bundan əlavə polis əməkdaşlarını qadağaları pozanların aparatlarını da müsadirə edəcək. Şirkət rəhərlərinə isə içilərini distant işə keçmək tövsiyə edilib.

Kamran Seyidov
Milli.Az