"Son zəng" hansı qaydalarla keçirilir? - Təhsil İdarəsindən AÇIQLAMA

14 İyun 2021 10:11

"Son zəng" tədbirləri pandemiya qaydalarına uyğun həyata keçirilir. Müəyyən təlimatlar var və təlimatlar ondan ibarətdir ki, "son zəng" tədbiri bir saat ərzində məktəb həyətində açıq havada keçirilə bilər və əgər çox məzun varsa, iki mərhələdə təşkil olunmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə deyib.

O qeyd edib ki, son zəngdə yalnız məzunlar və onlara dərs deyən məhdud sayda müəllimlər iştirak edə bilər: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları "son zəng"in pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilməsinə nəzarət edir. Biz əvvəlcədən bütün qaydaları və tövsiyələri məktəblərə vermişik və hazırda da bizim əməkdaşlarımız təhsil müəssisələrinə nəzarətə cəlb olunub".

Milli.Az