"Bitcoin"in dəyəri 10% artıb

14 İyun 2021 20:42

14 iyun tarixində ticarət zamanı "Bitcoin"in dəyəri 10%-dən çox artıb. Hazırda kriptovalyuta 39 min ABŞ dollarından baha ticarət olunur.

Milli.Az APA-ya istinadən bildirir ki, "Binance" birjasının məlumatına görə, saat 04:02-də "Bitcoin"in dəyəri 39 189 dollara çatıb. Ümumiyyətlə, dünyanın ən böyük birjalarında sözügedən kriptovalyutanın qiyməti 39,1 min dollara yaxındır.

Xatırladaq ki, 2021-ci ilin aprelində "Bitcoin"in qiyməti 65 min dollara çatmışdı. May ayının ortalarında aparıcı rəqəmsal valyutaların dəyəri 44-64%, ümumi bazar kapitallaşması isə 1,2 trln. dollardan çox azaldı.

Milli.Az