Ata qızını qətlə yetirdikdən sonra oğlunu, arvadını və özünü bıçaqlayıb

14 İyun 2021 10:04

Rusiyanın Omsk bölgəsində 9-cu sinif şagirdi atası tərəfindən vəhşicəsinə qətlə yetirilib, bıçaq xəsarətləri alan anası və qardaşı isə xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə məktəbli qızın atası tərəfindən törədilib.

Tavriçeski rayonunun Pristan kəndində baş verən hadisə zamanı 4 uşaq atası özünə də xəsarət yetirib. Onun həmin gün sərxoş olduğu bildirilib.

Rusiya İstintaq Komitəsinin Regional İdarəsində qətl faktı ilə bağlı cinayət işi açılıb.

Cinayəti törədən şəxs saxlanılıb.

Milli.Az