Bu gün məktəblərdə "Son zəng"dir - VİDEO - FOTO

14 İyun 2021 09:02

Bu gün ölkənin ümumtəhsil məktəblərində "Son zəng" keçiriləcək.

Bununla bağlı Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib və "Son zəng"in keçirilməsinə razılıq verilib.

"Son zəng" tədbirlərinin müəyyən şərtlərlə keçirilməsi nəzərdə tutulur.

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir. Onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən məktəblərdə "Son zəng" keçirilməmişdi.

Milli.Az