AVRO-2020: Azarkeş tribunadan yıxıldı

14 İyun 2021 09:24

AVRO-2020-nin İngiltərə - Xorvatiya oyununda (1:0) xoşagəlməz hadisə yaşanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, azarkeşlərdən biri ağır xəsarət alıb.

Hadisə oyunun əvvəlində baş verib. Gözlənilmədən ayaqları yerdən ayrılan azarkeş tribunadan yerə yıxılıb, başı yerə dəyib və huşunu itirib. Stadion əməkdaşları da hadisə yerinə çox gec yetişib.

Qeyd edək ki, azarkeşin hadisədən sonrakı durumu dəqiqləşdirilməyib.

Milli.Az