Dünyada COVİD-19 əleyhinə 2,35 milyarddan çox peyvənd istifadə edilib

14 İyun 2021 09:00

Dünyada koronavirus əleyhinə edilən peyvəndlərin sayı 2,35 milyardı keçib. İstifadə edilən peyvəndlərin yarısından çoxu 3 ölkənin - Çin, ABŞ və Hindistan - payına düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda dünyada koronavirusa qarşı 2 335 903 min peyvənd edilib ki, onlardan 878 523 mini Çinin , 308 112 mini ABŞ-ın, 253 195 mini isə Hindistanın payına düşür.

Dünya üzrə tam vaksinasiya olunmuş vətəndaşların sayına görə Seyşel adaları (hər 100 nəfərə 139,51 peyvənd) liderdir.

Bu göstərici üzrə daha sonra BƏƏ (139,38), San-Marino (128,09), İsrail (122,68), Bəhreyn (110,7), Monqolustan (107,74), Çili (106,74) və Britaniya (104,21) gəlir.

Milli.Az