AVRO-2020: Niderland Ukraynaya qalib gəldi - VİDEO

14 İyun 2021 07:00

Niderland komandası Avropa çempionatının qrup mərhələsinin ilk turunda Ukrayna komandasını məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun Amsterdamda keçirilib və 3:2 hesabı ilə başa çatıb.

Qolları qalib tərəfdən Corcinyo Vernaldum (52-ci dəqiqə), Vauq Veqxorst (59) və Denzel Dyumfris (85), Ukrayna tərəfdən isə Andrey Yarmolenko (75) və Roman Yeremçuk (79) vurublar.

Niderland komandası 3 xal toplayıb və növbəti oyununda Avstriya yığması, Ukrayna futbolçuları isə Şimalı Makedoniya yığması ilə qarşılaşacaqlar. Oyunların ikisidə iyunun 17-si keçiriləcək.

Milli.Az