Cokoviç ikinci dəfə Fransa çempionu oldu

13 İyun 2021 23:51

Serbiyalı tennisçi Novak Cokoviç Fransada keçirilən "Roland Garros" turnirinin qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 34 yaşlı idmançı yunanlı Stefanos Tsitsipasanı final matçda 6:7 (6:8), 2:6, 6:3, 6:2, 6:4 hesabı ilə məğlub edərək karyerasında ikinci dəfə Fransa çempionu adını qazanıb.

Milli.Az