"Gedib onunla-bununla klublarda əylənirdi..." - model Səmra Hüseynova

13 İyun 2021 23:46

"Hamı deyir Pərvinin paxıllığını çəkirəm. Pərvinin paxıllığını çəkib nə edirəm? Başdan ayağa silikondu, nəyinin paxıllığını çəkim?"

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri model Səmra Hüseynova aktrisa Pərvin Abıyevanın ünvanına sosil şəbəkədə yazıb. O, bir vaxtlar yaxın rəfiqə olduğu Pərvinlə küsmələrinin səbəbini açıqlayıb:

"Pərvinlə əlaqə yoxdur, ola da bilməz. Bir rəfiqəsi xəstələnib, 3 ay yataqda qaldı. Gedib onunla-bununla klublarda əylənirdi, rəfiqəsinin yanına gəlmədi. Onda o insan insan sayılmır. Yanıma gəlmədiyi, anama əl qaldıran insanla dostluq etdiyi üçün onu silmişəm. Həqiqət budur. Kim kimi geri çevirib hamı bilsin. Dəfələrlə zəng vurub yalvarıb da, vecimə almamışam".

Milli.Az