"Gizli saxlamaq istədim: geri dönəcəyəm" - Namiq Qaraçuxurlu

13 İyun 2021 22:16

Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bununla bağlı meyxanaçı sosial şəbəkədə paylaşım edib.

"Əzizlərim rahatsız olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada falan deyiləm və tezliklə sağalıb vətənə geri dönəcəyəm", - o, yazıb.

Milli.Az