Bakıda mənzildə 35 yaşlı kişinin meyiti tapılıb

13 İyun 2021 20:16

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Kərim Nicat Xaliq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az