İlkin Həsəni: "Sənsiz çox maraqsız olacaq" - FOTO

13 İyun 2021 18:24

Xəbər verdiyimiz kimi, azərbaycanlı kino aktyoru Mehman Məmmədov vəfat edib.

Milli.Az bildirir ki, onunla birgə çalışmış aktyor, teleaparıcı İlkin Həsəni sosial media hesabında paylaşım edib.

"Sevimli Mehmanımız da getdi. Çəkiliş meydançaları sənsiz çox maraqsız olacaq. Allah rəhmət eləsin, - o bildirib.

Məlumata görə, Mehman Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Milli.Az