"Pərvin başdan-ayağa silikondu, nəyinin paxıllığını çəkim?"

14 İyun 2021 00:54

"Hamı deyir Pərvinin paxıllığını çəkirəm. Pərvinin paxıllığını çəkib nə etməliyəm? Başdan ayağa silikondu, nəyinin paxıllığını çəkib".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri model Səmra Hüseynova aktrisa Pərvin Abıyevanın ünvanına deyib. O, bir vaxtlar yaxın rəfiqə olduğu Pərvinlə küsmələrinin səbəbini açıqlayıb:

"Pərvinlə əlaqə yoxdur, ola da bilməz. Bir rəfiqəsi xəstələnib, 3 ay yataqda qaldı. Gedib onla-bunla klublarda əylənirdi, rəfiqəsinin yanına gəlmədi. Onda o insan insan sayılmır. Yanıma gəlmədiyi, anama əl qaldıran insanla dostluq etdiyi üçün onu silmişəm. Həqiqət budur. Kim kimi geri çevirib hamı bilsin. Dəfələrlə zəng vurub yalvarıb da, vecimə almamışam".

Milli.Az