Xarici diplomatlar ermənilərin dağıtdığı "İmarət" kompleksinə baş çəkiblər - FOTO

13 İyun 2021 14:00

Xarici diplomatlar Ağdamda ermənilər tərəfindən dağıdılmış "İmarət" kompleksinə baş çəkiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Tədbirdə iştirak edən tanınmış fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrini Ağdam şəhərində Xurşidbanu Natəvanın işğalçı Ermənistan qüvvələri tərəfindən dağıdılmış məqbərəsi ilə tanış edib. 

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov İmarət kompleksində ermənilərin törətdiyi dağıntılardan danışıb. 

Milli.Az