Namiq Qaraçuxurlu koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi

13 İyun 2021 13:07

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub.

Milli.Az Manşet.az-a istinadən bildirir ki, meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. 

Belə ki, koronavirus testi nəticəsi pozitiv çıxdığı üçün Namiq Qaraçuxurlunu hava limanından geri qaytarıblar. Hazırda müğənni-meyxanaçı Rusiyada xəstəxanada müalicə alır.

Milli.Az