Aleksandr Ata dəfn edildi - YENİLƏNİB

13 İyun 2021 14:14

14:14

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein (Aleksandr Ata) dəfn edilib.

Milli.Az xəbər verir ki, Aleksandr Ata Birinci Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra iyunun 10-da vəfat edib.

----------

12:25

İyunun 13-də Rus Pravoslav Kilsəsində tanınmış din xadimi, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr İşeinlə vida mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Aleksandr İşein iyunun 10-da ömrünün 69-cu ilində vəfat edib.

Din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Arxiyepiskop 2002-ci ildə "Şöhrət" ordeni, 2012-ci ildə "Dostluq" ordeni, 2015-ci ildə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Milli.Az