Paşinyan səhv etdi, biabır oldu - VİDEO

13 İyun 2021 11:01

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovu əvvəlcə Rusiya Prezidenti, daha sonra isə Baş naziri adlandırıb.

Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu səhvi o, seçkiqabağı mitinqdə çıxış edərkən buraxıb.

"Rusiya Prezidenti...Baş naziri Sergey Lavrov Yerevana gələndə və bundan bir gün əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri minalanmış ərazilər haqqında məlumat üçün çağırış edəndə...", - Paşinyan deyib.

Onun arxasında dayanan ərazi idarəetmə və infrastruktur naziri səlahiyyətlərini icra edən Suren Papikyan və Paşinyanın həyat yoldaşı Anna Akopyan gülüşlərini saxlaya bilməyiblər.

Milli.Az