20 illik evlilik bitdi

13 İyun 2021 11:42

Dünyaca məşhur "Okean Elzi" qrupunun rəhbəri Svyatoslav Vakarçuk həyat yoldaşı Lyalya Fonarevadan boşanıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Vakrçuk sosial şəbəkə hesablarında məlumat yayıb. O, boşanma səbəbini isə açıqlamayıb.

Qeyd edək ki, 20 il evli olan cütlüyün bu nikahdan Diana adlı bir qızı var.

Milli.Az