Bakıda avtomobil 25 yaşlı gənc qızı vuraraq öldürdü

13 İyun 2021 09:56

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az