Putin: “Peyvəndin ikinci dozasından sonra temperaturum yüksəldi”

12 İyun 2021 23:56

Rusiya Prezidenti Vladimir Putin COVID-19-a qarşı peyvəndin ikinci dozasını vurdurduqdan sonra temperaturunun yüksəldiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, durumunun indi normal olduğunu deyib.

"İkinci iynədən 12 saat keçdikdən sonra temperaturum bir qədər (37,2) yüksəldi. Ancaq bu gecə oldu. Səhər oyananda artıq heç nə yox idi", - deyə V.Putin bildirib.

Milli.Az