ABŞ-da atışma olub, 1 ölü, 9 yaralı var

12 İyun 2021 23:51

ABŞ-ın Çikaqo şəhərində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

illi.Az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma şəhərin cənub hissəsində saat 02:00 radələrində (Bakı vaxtı ilə saat 11:00) başlayıb. Bildirilir ki, iki şübhəli şəxs səkidə dayanan bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıblar.

Güllə yarası alanlardan biri, 29 yaşlı qadın Çikaqo Universitetinin Tibb Mərkəzində həyatını itirib. Digər yaralananların vəziyyəti isə qənaətbəxşdir.

Polis şübhəlilərin saxlanılması istiqamətində araşdırma aparır.

Milli.Az