Nazir yol polisində kadr dəyişikliyi etdi

12 İyun 2021 23:00

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində kadr dəyişikliyi edib.

V.Eyvazovun əmri ilə Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, 5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəis təyin olunub.

Milli.Az