AVRO-2020: Danimarka – Finlandiya matçı bərpa olunub

12 İyun 2021 22:52

AVRO-2020-nin yarımçıq dayandırılan Danimarka - Finlandiya matçı bərpa olunub.

Milli.Az apasport.az-a istinadən bildirir ki,  Kristian Eriksenin huşunu itirməsi üzündən təxirə salınan matç 42-ci dəqiqədən davam etdirilir.

Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşma 22:30-da bərpa olunub. Komandalar üç dəqiqə oynadıqdan sonra qısa fasilə ilə ikinci hissəyə çıxıb.

Qeyd edək ki, artıq təhlükəni adlayan Eriksenin durumu qənaətbəxşdir və müayinələrdən keçməlidir.

Milli.Az