Gənc Tamaşaçılar Teatrı "Bəbə səhnəsi" layihəsinə start verib

12 İyun 2021 13:33

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "Bəbə səhnəsi" adlı yeni layihəyə başlayır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrından Milli.Az-a verilən məlumata görə, artıq tamaşaların quruluşu ətrafında yaradıcı heyətin müzakirələri, hazırlıqları gedir. Teatrların fəaliyyəti bərpa olunduqdan sonra "Bəbə" səhnəsinin ilk tamaşaları körpələrə təqdim ediləcək.

"Tamaşalar 20-30 dəqiqə həcmində və daha çox nağılların əsasında hazırlanacaq. Dairəvi qurulmuş məkanda körpələrlə aktyorların təması təmin olunmaqla həm həzin, həm də əyləncəli ünsiyyət nəzərdə tutulur", - teatrdan bildirilib.

Milli.Az