Devid Moyeslə yeni müqavilə

12 İyun 2021 19:29

"Vest Hem" baş məşqçisi Devid Moyeslə yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssislə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, "Vest Hem" Moyesin rəhbərliyi altında ötən mövsüm İngiltərə Premyer Liqasını 65 xalla 6-cı pillədə başa vurub.

Milli.Az