Stilisit Anar qalmaqal yaratdı - Çox geridəqalan gəlinlikdir - FOTO

12 İyun 2021 15:07

"7 Canlı" proqramında sənət adamlarının gəlinlikləri nümayiş olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məşhur stilist Anar Ağakişiyev müğənnilərin gəlinliklərini müzakirə edib.

İradə İbrahimova - həmin gəlinlik indi də geyinilə bilər. Saçı da edilə bilər, bircə, çiçəklər qoyulmasın.

Elnarə Xəlilova - Gəlinlik paltarına toxunuşlar edilməlidir. Qarın hissəsində olan naxışlar dəyişdirilməlidir. Saç düzümü isə indi dəbdə deyil.

Xatirə İslam - Saç düzümü, fatası indi də edilə bilər. Makiyaj isə indi dəbdə deyil.

Sevda Ələkbərzadə - Klassik gəlinlikdir, dəbdən heç düşmür. Qəşəngdir.

Oksana Rəsulova - Bu gəlinliyi indi də geyinmək olar. Saç düzümünü bəyənmirdim.

Natavan Həbibi -  Sadə saç düzümü, makiyaj, gəlinlik heç vaxt dəbdən düşmür.

Emma Ələkbərzadə - Çox geridəqalan gəlinlikdir. Fata kənarındakı işləmələr lazım deyil.

Kamilə Babayeva -  Gəlinliyi çox gözəl idi. Saş və makiyaj isə özümündür.

Milli.Az