Gürcüstanda son sutkada koronavirusdan 22 nəfər ölüb

12 İyun 2021 13:37

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 794 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 353 443, ölənlərin sayı isə 5 034 nəfərə çatıb. Virusa yoluxanlardan 338 318 nəfərin sağaldığı bildirilir.

Milli.Az