Uels millisinin Bakıda oyun öncəsi son məşqi - FOTO

12 İyun 2021 11:59

AVRO-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda (BOS) İsveçrə millisi ilə qarşılaşacaq Uels yığması oyun öncəsi son məşqinə çıxıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, baş məşqçi Robert Peycin rəhbərliyi altındakı hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Milli.Az