Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Milli.Az Report-a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Əsgərzadə Türkan Zamir qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın aşıq-baldır oynağının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az