“Xəstəxanada deyiləm” - Afaq Bəşirqızı

12 İyun 2021 09:14

"Xəstəxanada deyiləm".

Milli.Az xəbər verir ki, bu sözləri kulis.az-a Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan söz-söhbətə münasibət bildirərkən söyləyib.

O daha sonra əlavə edib:

"Ürəyimlə bağlı səhhətimdə problem yaranıb. Evdə müalicə alıram. Ümid edirəm ki, yaxşı olacam!"

Qeyd edək ki, aparıcı Elgiz Əkbər iki gün əvvəl öz proqramında Xalq artistinin xəstəxanada olduğunu demişdi.

Milli.Az