Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Əlilli Səddam Faiq oğlu Maykovski küçəsində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Milli.Az